IMG-LOGO

"Kredaqro" BOKT maliyyə vəziyyətini açıqlayıb

26 May 2026 15:42 4 baxış
IMG

"Kredaqro" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 2,232 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2024-cü ildən 164 min manat xalis zərərlə çıxmışdı.

"Report" xəbər verir ki, ötən il "Kredaqro"nun vergiyəqədərki mənfəəti 3,442 milyon manat (əvvəlki ilə zərər olub), mənfəət vergisi ödəmələri isə 1,21 milyon manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə "Kredaqro"nun aktivləri 53,168 milyon manat olub ki, bu da illik müqayisədə 5,2 dəfə çoxdur. Bunun 37,447 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 5,7 dəfə böyüyüb.

Hesabat dövründə "Kredaqro"nun öhdəlikləri 4,5 dəfə artaraq 24,227 milyon manata, balans kapitalı isə 6 dəfə artaraq 28,942 milyon manata, o cümlədən nizamnamə kapitalı 23,79 dəfə artaraq 23,79 milyon manata çatıb.

Xatırladaq ki, "Kredaqro" 2000-ci ildə yaradılıb. BOKT-nin təsisçisi 100 % Rusiya vətəndaşı Nikolay Smirnovdur.

Mənbə: report.az

Xəbər lenti