2025-cİ ildə "Azərbaycan Kredit Bürosu" MMC (AKB) təsisçilərinə 14,248 milyon manat dividend ödəyib.
"Report"un maliyyə bazarından əldə etdiyi məlumata görə, bu, 2024-cü illə müqayisədə 87,5 % çoxdur.
Xatırladaq ki, AKB 2018-ci il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun təsisçiləri hər biri 12,5% payla 8 bank - "Azərbaycan Beynəlxalq Bankı", "Bank Respublika", "Xalq Bank", "Kapital Bank", "PAŞA Bank", "Rabitəbank", "Unibank" və "Ziraat Bank Azərbaycan" ASC-lərdir. Beləliklə, ötən il hər bank 950 min manat dividend alıb.
Mənbə: report.az