Nazirlər Kabineti 15 dekabr 2005-ci il tarixli qərarı ilə təsdiqlənmiş "İxrac nəzarəti haqqında" qanunun tətbiqi ilə bağlı bəzi normativ aktların təsdiq edilməsi barədə" qərarında dəyişiklik edib.
"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb.
Qərara əsasən, ixrac nəzarətinə düşən malların "Hədəfli maliyyə sanksiyaları haqqında" qanunda nəzərdə tutulmuş sanksiya tətbiq edilməli fiziki şəxslər və qurumlar tərəfindən və ya onların xeyrinə ixracına, idxalına, təkrar ixracına, təkrar idxalına, tranzitinə yol verilməməsi də ixrac nəzarətinə əlavə edilib.
Bundan başqa, hüquqi şəxslər üçün xüsusi icazənin alnması üçün hüquqi şəxsin adı, hüquqi ünvanı, təsisçilərinin (fiziki şəxs olduqda), benefisiar mülkiyyətçilərinin, qanuni təmsilçisinin soyadı, adı, atasının adı (olduğu təqdirdə), doğum tarixi, fərdi identifikasiya nömrəsi və ya şəxsiyyətini təsdiq edən sənədin nömrəsi, təsisçilərinin (hüquqi şəxs olduqda) adı, olduğu yer, habelə xüsusi icazənin alınması ilə həyata keçirilən xarici iqtisadi əməliyyatın növü də bildiriləcək.
Mənbə: report.az