"Merkuri" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2025-ci ili 255 min manat xalis mənfəətlə başa vurub.
"Report" BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 97,7 % çoxdur.
Ötən il "Merkuri"nin vergiyəqədərki mənfəəti 319 min manat (əvvəlki ilə nisbətən 98,1 % çox), mənfəət vergisi ödəmələri isə 64 min manat (2 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə "Merkuri"nin aktivləri 9,971 milyon manat olub ki, bu da illik müqayisədə 12,5 % çoxdur. Bunun 8,892 milyon manatı müştərilərə verilmiş kreditlərdir. 2025-ci ildə BOKT-un kredit portfeli 14,9 % böyüyüb.
Hesabat dövründə "Merkuri"nin öhdəlikləri 4,2 % artaraq 8,556 milyon manata, balans kapitalı isə 2,2 dəfə artaraq 1,415 milyon manata, o cümlədən nizamnamə kapitalı 62 % artaraq 1,333 milyon manata çatıb.
Xatırladaq ki, "Merkuri" 2012-ci ildə yaradılıb. BOKT-un səhmdarları hər biri 50% payla Məmməd Məmmədov və Səbuhi Əzizovdur.
Mənbə: report.az