IMG-LOGO

"Bavariya" Entoni Qordonu almaq üçün "Nyukasl"a Aleksander Nübeli təklif edir

26 May 2026 17:40 4 baxış
IMG

Almaniyanın "Bavariya" klubu "Nyukasl"ın (İngiltərə) vingeri Entoni Qordonun transfer qiymətini aşağı salmaq üçün qarşı tərəfə qapıçı Aleksander Nübeli təklif edib.

"Report" "Bild"ə istinadən xəbər verir ki, Münhen təmsilçisi 25 yaşlı futbolçu üçün tələb olunan 68 milyon funt sterlinqlik təzminat məbləğini bu yolla azaltmaq niyyətindədir.

"Nyukasl" komandası isə qapıçısı Nik Poupun mümkün gedişi ilə əlaqədar bu mövqeyə yeni oyunçu axtarır. Münhen klubu daha əvvəl Qordonla şəxsi müqaviləsinin müddəti barədə razılığa gəlib.

Qeyd edək ki, Aleksander Nübel başa çatan mövsümdə icarə əsasında "Ştutqart"ın (Almaniya) heyətində meydana çıxdığı 49 matçda 70 qol buraxıb və 14 oyunda qapısını toxunulmaz saxlayıb. E.Qordon isə 2025/2026 mövsümündə "Nyukasl"ın heyətində bütün turnirlərdə 46 qarşılaşmada iştirak edib, 17 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: report.az

Xəbər lenti