Azərbaycanda maliyyə xidməti kanallarının bütün iqtisadi rayonlarda mövcudluğunun təmin edilməsi nəzərdə tutulur.
"Report" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Maliyyə inklüzivliyinin genişləndirilməsinə dair 2027–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Sənədə əsasən, bu məqsədlə hər 100 000 yetkin (15+) nəfərə düşən POS-terminalların sayının 2 400-ə çatdırılması (2025-ci ildə 2 262), hər 100 000 yetkin (15+) nəfərə düşən bankomatların sayının 46-ya çatdırılması (2025-ci ildə 43,9) hədəflənir.
Bundan başqa, maliyyə məhsul və xidmətlərinin genişləndirilməsi sahəsində müddətli əmanət hesabı olan unikal yetkinlik yaşına çatmış əhalinin (15+) payının 2,8 %-ə çatdırılması (2025-ci ildə 2,4 %), tam və qismən təminatlı kreditlərin cəmi kreditlərdə payının 72 %-ə endirilməsi (2025-ci ildə 75 %) planlaşdırılır.
Mənbə: report.az