IMG-LOGO

Şakiradan maraqlı ETİRAF: "həyatımda sevgi macəralarına yer yoxdur"

26 May 2026 19:59 5 baxış
IMG
10 0

Şakira keçmiş futbolçu Jerar Pike ilə səs-küylü ayrılığından dörd il sonra ilk dəfə şəxsi həyatı barədə səmimi şəkildə danışıb. 

Lent.az xarici mediaya istinadla xəbər verir ki, müğənninin sözlərinə görə, hazırda həyatında yeni münasibətlər üçün nə vaxtı, nə də emosional sahəsi qalıb.

Bu yaxınlarda 49 yaşı tamam olan kolumbiyalı superulduz Pike ilə birgə iki oğul - Saşa və Milanı böyüdür. Cütlük 11 illik münasibətdən sonra 2022-ci ilin iyununda rəsmən ayrıldıqlarını elan edib. O vaxt media futbolçunun xəyanəti barədə şayiələri aktiv müzakirə edib, Şakira özü isə sonradan mahnılarında bu ağrılı ayrılığa dəfələrlə eyham vurub.

Müğənni bu gün tamamilə uşaqlarına və karyerasına diqqət yetirdiyini etiraf edib:

"Hazırda sevgi macəraları mənlik deyil. Həyatımda buna nə yer var, nə də vaxt. Onsuz da öhdəliklərim başımdan aşır. Övladlarım mənim əsas prioritetimdir. Və bir də karyeram. Qəribədir, amma mən işimə heç vaxt olmadığı qədər aşiqəm. Həmçinin özümlə tək vaxt keçirməkdən zövq alıram".

Ayrılıqdan sonra Pike kifayət qədər tez bir zamanda hardasa üç ildir birlikdə olduğu Klara Çia ilə münasibətə başlayıb. Şakira isə diqqətini ailəsinə, musiqiyə və daxili tarazlığını bərpa etməyə yönəltməyə üstünlük verib.

Müğənni həyatının ən ağır dövrlərindən birini də ilk dəfə bu qədər ətraflı xatırlayıb. Onun sözlərinə görə, ailəsinin dağılması atası Uilyamın ağır yıxılmadan sonra xəstəxanaya düşməsi və ciddi sağlamlıq problemləri yaşaması ilə eyni vaxta təsadüf edib.

Şakira həmin vaxt həyatının "ən qaranlıq məqamını" yaşadığını etiraf edib:

"Mən ömürlük qorumağı xəyal etdiyim ailənin dağılmasını yaşayırdım. Çox böyük bir ağrıdan keçməli oldum, lakin bəlkə də məhz bu ağrı məni daha müdrik - ya da ən azından daha güclü etdi".

Sənətçi qeyd edib ki, çətinliklər ona öz dözümlülüyünə yeni bir nəzərlə baxmağa kömək edib:

"Deyirlər ki, bizi öldürməyən şey daha da güclü edir. Bu, həqiqətdir. İnsanın nə dərəcədə dözümlü ola bildiyini anlamaq heyrətamizdir. Bəzən məhz ağrılar və sınaqlar vasitəsilə realda nə qədər güclü olduğumuzu başa düşürük".

Müğənninin sözlərinə görə, çəkdiyi əzablar ona yaxınlarının dəstəyini və əsl dostluğu qiymətləndirməyi öyrədib.

Şakira maqazin Cerar Pike

Mənbə: lent.az

Xəbər lenti