Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Beyləqan şəhərində Beyləqan, Saatlı, Sabirabad, İmişli, Füzuli, Cəbrayıl və Xocavənd rayon sakinləri ilə görüşüb.
"Report" xəbər verir ki, A. Quliyev bununla bağlı "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
"Torpaq münasibətləri, şəhərsalma sənədləri, tikinti layihələrinin hazırlanması və icazə prosedurları ilə bağlı müraciətlərə baxaraq vətəndaşların suallarını cavablandırdıq", - o yazıb.
Həmçinin Elektron Tikinti Portalının (http://e-tikinti.gov.az) üstünlükləri vurğulanıb.
Qeyd edək ki, daha əvvəl mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli açıqlanıb.
Mənbə: report.az