IMG-LOGO

Nazir: "İcmal büdcənin qeyri-neft baza kəsiri azalıb"

26 May 2026 22:34 3 baxış
IMG

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın icmal büdcəsinin qeyri-neft baza kəsiri 17,6 % təşkil edib ki, bu da ötən eyni dövrü ilə müqayisədə təxminən 2 faiz bəndi azdır.

"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev AzTV və AZƏRTAC-a müsahibəsində bildirib.

"Bu, aparılan siyasətin, sağlamlaşmanın, fiskal sektorun neft amilindən asılılığının azaldılmasının ən gözəl göstəricilərindən biridir. Növbəti dövr – 2027-ci il və sonrakı dövr üzrə hədəfləri açıqlayanda bu göstəriciyə xüsusi önəm verəcəyik. Çünki bu göstəricinin aşağı salınması Azərbaycanın dövlət büdcəsinin, makrofiskal siyasətinin və o cümlədən makroiqtisadi çərçivəsinin neft sektorundan asılılığının minimallaşdırılması deməkdir.

Biz qeyri-neft gəlirləri ilə xərclərimizin təminat səviyyəsini artırdıqca, neft və yaxud qazın beynəlxalq bazarlarda qiymətindən asılılığımızı azaldırıq. Biz artıq öz gəlirlərimizi qeyri-neft sektorundan qazanırıq, öz xərclərimizi ona uyğunlaşdırırıq və bu çərçivədə özümüzün maliyyə dayanıqlılığımızı növbəti dövr üçün tam şəkildə təmin edə bilirik", - deyə o qeyd edib.

Mənbə: report.az

Xəbər lenti