IMG-LOGO

UEFA Konfrans Liqasının final oyunu bu axşam keçiriləcək

27 May 2026 09:00 3 baxış
IMG

UEFA Konfrans Liqasının qalibi bu axşam bəlli olacaq.

"Report" xəbər verir ki, final matçında İngiltərənin "Kristal Pelas" və İspaniyanın "Rayo Valyekano" komandaları üz-üzə gələcək.

Almaniyanın Leypsiq şəhərindəki "Red Bull Arena"da keçiriləcək oyun Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Görüşü italiyalı FIFA referisi Mauritsio Mariani idarə edəcək.

Xatırladaq ki, UEFA Konfrans Liqasının qalibi növbəti mövsüm üçün UEFA Avropa Liqasının əsas mərhələsində iştirak hüququ qazanacaq.

Mənbə: report.az

Xəbər lenti