Vətən müharibəsindən sonrakı dövrdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində 3800 qaziyə reabilitasiya xidmətləri göstərilib.
"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, aparılan işlərin nəticəsi olaraq həmin qazilərdən artıq 300-dək şəxs reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşub və əlilliklərini geridə qoyublar.
Hazırda digər qazilərin reabilitasiyası istiqamətində işlər davam etdirilir.
Mənbə: report.az