IMG-LOGO

Səfirlik: ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı yüksək qiymətləndiririk

27 May 2026 10:55 3 baxış
IMG

ABŞ-nin Bakıdakı Səfirliyi Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"ABŞ-nin Bakıdakı Səfirliyi adından Azərbaycanda və dünyanın müxtəlif yerlərində Qurban Bayramını qeyd edən hər kəsi səmimi qəlbdən təbrik edirik. Bu müqəddəs bayram mərhəmət, səxavət və birlik kimi dəyərləri təcəssüm etdirməklə yanaşı, Azərbaycanın dini tolerantlıq və multikulturalizm sahəsində zəngin ənənələrini də nümayiş etdirir. ABŞ və Azərbaycan arasında mövcud olan güclü tərəfdaşlığı və xalqlarımız arasındakı əlaqələri yüksək qiymətləndiririk. Qurban Bayramınız mübarək!", - deyə paylaşımda bildirilib.

Mənbə: report.az

Xəbər lenti