İyulun 6-da, saat 11:00-da "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq investisiya şirkətinin Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə küçəsi, 82 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "CPM-İnvest"in bu ilin I rübündə əldə etdiyi xalis mənfəətin bir hissəsinin dividend kimi ödənilməsi daxildir.
Xatırladaq ki, "CPM-İnvest" 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 800 min manatdır. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.
Mənbə: report.az