Azərbaycanın Fransadakı səfirliyinin əməkdaşları Əlimərdan bəy Topçubaşovun məzarını ziyarət ediblər.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva "X" hesabında paylaşım edib.
"Müsəlman Şərqinin ilk parlament demokratiyası - Azərbaycan Demokratik Respublikasının banilərindən olan Əlimərdan bəy Topçubaşovun məzarını diplomatik heyət və icma üzvləri ilə birgə ziyarət etdik. Azərbaycan uğrunda mübarizə aparan Vətən övladlarını hörmətlə yad edirik!", - deyə o qeyd edib.
Mənbə: report.az