IMG-LOGO

Əli Baqeri: Hörmüz boğazından keçid qaydası artıq əvvəlki kimi olmayacaq

27 May 2026 12:55 3 baxış
IMG

İran və Oman Hörmüz boğazından keçidin yeni mexanizminin müəyyən edilməsi ilə bağlı danışıqlar aparır, o artıq əvvəlki kimi olmayacaq.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini Əli Baqeri Rusiyada Beynəlxalq Təhlükəsizlik Forumunda jurnalistlərə bildirib.

"Konkret olaraq Hörmüz boğazına gəldikdə, şübhəsiz ki, oradan keçid şərtləri və qaydası əvvəlki kimi olmayacaq, tamamilə fərqli bir qayda yaranacaq", - Baqeri deyib.

"Bu məsələ ilə bağlı İran və Oman sahilyanı dövlətlər kimi Hörmüz boğazından keçidin yeni mexanizminin müəyyən edilməsi üçün danışıqlar aparır", - o bəyan edib.

Mənbə: report.az

Xəbər lenti