IMG-LOGO

"Kəpəz" Rəhman Hacıyevlə müqavilənin müddətini uzadıb

27 May 2026 12:35 2 baxış
IMG

"Kəpəz" klubu daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.

"Report" xəbər verir ki, bu barədə Gəncə təmsilçisi məlumat yayıb.

"Sarı-göylər" Rəhman Hacıyevlə 1+1 illik yeni sözləşmə imzalayıb.

Xatırladaq ki, cinah yarımmüdafiəçisi bu ilin yanvarında komandaya qoşulub. O, başa çatan mövsümdə 16 oyuna 2 qol vurub. "Kəpəz" daha əvvəl Dioqo Verdaska ilə müqavilənin müddətini uzadıb.

Mənbə: report.az

Xəbər lenti