IMG-LOGO

Bakının bu yolunda təmir başladı - VİDEO

27 May 2026 13:51 4 baxış
IMG
2 0

Bakı şəhəri, Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Lent.az-a bildirilib ki, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır.

Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.

Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.

Tikinti-bərpa işləri Azərbaycan Respublikası Prezidentinin sərəncamına uyğun olaraq aparılır.

Sizin brauzer video tagını dəstəkləmir. AAYDA yol təmir

Mənbə: lent.az

Xəbər lenti