IMG-LOGO

"Diadem"in səhmdarlarının yığıncağı keçiriləcək

27 May 2026 14:32 4 baxış
IMG

İyunun 30-da, saat 16:00-da "Diadem" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncaq şirkətin Sumqayıt şəhəri, Corat qəsəbəsi, 71-ci məhəllə, ev 3 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə "Diadem"in kənar auditdən keçmiş illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, eləcə də ötən il əldə etdiyi xalis mənfəətin bölüşdürülməsi məsələləri daxildir.

Xatırladaq ki, "Diadem" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 3,101 milyon manatdır. Şirkətin səhmdarları 75 % payla Elbrus Nəbiyev və 25 % payla Kəmalə Dostumaliyevadır.

Mənbə: report.az

Xəbər lenti