IMG-LOGO

Kim Kardaşyan gündəlik 35 həb qəbul edir - Səbəblər...

27 May 2026 14:57 3 baxış
IMG
2 0

Dünya şöhrətli ulduz Kim Kardaşyan sağlamlıq və gözəlliyini qorumaq üçün gündə bəzən 35 fərqli vitamin və mineral kompleksi (bioloji fəallığa malik qida əlavəsi) qəbul etdiyini etiraf edib.

Lent.az xarici mediaya istinadla xəbvər verir ki, 45 yaşlı realiti-şou ulduzu aktrisa Emi Polerin podkastında qonaq olarkən artıq "həb yorğunluğu" yaşadığını bildirib:

"Gündə təxminən 35 qida əlavəsi qəbul edirəm və bunları gün ərzində üç hissəyə bölürəm. Bir müddət balıq yağı kapsullarını udmaqdan bezib dayandım, lakin qan analizlərimin nəticəsi pisləşən kimi həkim məsləhəti ilə yenidən başlamaq məcburiyyətində qaldım. Həblər çox böyükdür. Kaş ki, hər gün işə gedərkən qəbul edə biləcəyim bir sistem (sistem köçürmə) olardı, nəinki bu qədər kapsul udmaq".

Kardaşyanın bu açıqlaması tibb dünyasında ciddi narahatlıq və müzakirələrə yol açıb. Mütəxəssislər son illərdə sürətlə böyüyən qida əlavələri sənayesi və onların nəzarətsiz istifadəsi barədə xəbərdarlıq edirlər. Həkimlərin fikrincə, reseptsiz satılan bu məhsulların təbii olaraq marketinq edilməsi onların zərərsiz olması demək deyil. Həddindən artıq vitamin və mineral qəbulu qaraciyər toksikliyinə (zəhərlənməsinə) və böyrək çatışmazlığına səbəb ola bilər, çünki daxil olan hər bir maddə bədəndən xaric edilmək üçün bu orqanlar tərəfindən emal olunmalıdır.

Bütün bunlara baxmayaraq, Kim Kardaşyan öz sağlamlığına qarşı olduqca diqqətli və nizam-intizamlı olduğunu vurğulayıb. O, bütün ailə üzvlərinin – bacılarının və anaları Kris Cennerin müntəzəm olaraq ev şəraitində sümük sıxlığı testləri və tam bədən skanından (MRT) keçdiklərini bildirib. Ulduz keçən il məhz bu yoxlanışlar sayəsində həkimlərin gözdən qaçırdığı beyin anevrizmasının (damar genişlənməsi) vaxtında aşkarlandığını qeyd edərək mövqeyini belə yekunlaşdırıb:

"Hər şeyi nəzarətdə saxlamaq ən yaxşı profilaktikadır. Sağlamlıq ən böyük sərvətdir, ona görə də atdığınız hər addımda diqqətli olmalısınız".

Kim Kardaşyan maqazin

Mənbə: lent.az

Xəbər lenti