IMG-LOGO

Ukrayna Sevastopolda Rusiya Qara Dəniz Donanmasının qərargahına zərbə endirib

27 May 2026 15:48 7 baxış
IMG

Ukrayna Silahlı Qüvvələri Sevastopolda (işğal altındakı Krım) yerləşən Rusiyanın Qara Dəniz Donanmasının Hərbi Hava Qüvvələrinin (HHQ) qərargahına zərbə endirib.

Bu barədə "Report" "Unian"a istinadən xəbər verir.

Bildirilib ki, Qara Dəniz Donanmasının baş qərargahına endirilən zərbədən sonra HHQ qərargahı əsas idarəetmə orqanı kimi istifadə olunurdu.

Həmçinin qeyd olunub ki, qərargah birbaşa zərbə alıb və demək olar ki, tamamilə yanıb.

Rusiya tərəfi Ukrayna Silahlı Qüvvələrinin Sevastopola zərbələr endirməsi faktını təsdiqləyib. Məlumata görə, zərbə nəticəsində bank binası və inzibati bina zədələnib.

Mənbə: report.az

Xəbər lenti