IMG-LOGO

"Neftçi"dən mövsümün ilk TRANSFERİ

27 May 2026 16:07 6 baxış
IMG
0 0

"Neftçi" yeni mövsüm üçün ilk transferini gerçəkləşdirib.

Lent.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi "Şamaxı"dan ayrılan Rüfət Abbasovu heyətinə qatıb. 21 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandada 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə klubun akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib və 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 oyunda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.

Rüfət Abbasov Neftçi transfer idman xəbərləri

Mənbə: lent.az

Xəbər lenti