İyunun 30-da, saat 14:00-da "Mərmər İnşaat" ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, 30-cu məhəllə, ev 1, mənzil 30 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "Mərmər İnşaat"ın kənar auditdən keçmiş illik maliyyə və idarəetmə hesabatlarının təsdiq edilməsi, eləcə də ötən il əldə etdiyi xalis mənfəətin bölüşdürülməsi məsələləri daxildir.
Xatırladaq ki, "Mərmər İnşaat" 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 1,6 milyon manatdır.
Mənbə: report.az