"Neftçi" yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib.
"Report"un məlumatına görə, paytaxt klubu sol cinah müdafiəçisi Rüfət Abbasovla 3 illik müqavilə imzalayıb.
O, "ağ-qaralar"ın heyətində 3 nömrəli formanı geyinəcək.
"Neftçi"nin yetirməsi olan R. Abbasov əsas komandaya 2021/2022 mövsümündə cəlb edilib, iki rəsmi oyun keçirib.
Son iki mövsümdə "Şamaxı" klubunun formasını geyinmiş oyunçu U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub.
Mənbə: report.az