IMG-LOGO

Türkiyəli futbolçu Tolqay Arslan karyerasını başa vurub

27 May 2026 17:50 2 baxış
IMG

Türkiyənin "Beşiktaş" və "Fənərbağça" klublarının sabiq futbolçusu Tolqay Arslan karyerasını başa vurub.

"Report"un məlumatına görə, yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında bildirib.

O, 35 yaşında futbolla vidalaşıb.

Xatırladaq ki, Tolqay Arslan "Beşiktaş"ın heyətində iki dəfə Türkiyə çempionu olub.

Mənbə: report.az

Xəbər lenti