Bu ilin yanvar-aprel aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatları istehsalının ümumi dəyəri 518,3 milyon manat təşkil edib.
Bu barədə "Report"a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə metallurgiya sənayesi məhsullarının istehsalında 9,6 % artım, hazır metal məmulatlarının istehsalı sahəsində isə 17,9 % azalma müşahidə olunub.
O cümlədən, son 1 ildə armatur istehsalı 13 %, alüminium məmulatları istehsalı 12,1 % artıb, metaldan sair məmulatların istehsalı isə 68,7 % azalıb.
Mənbə: report.az