IMG-LOGO

Ferrari-nin bu modelini Roma Papası özü sınadı

27 May 2026 19:16 5 baxış
IMG
0 0

Roma Papası Pope Leo XIV Ferrarinin yeni tam elektrik superkarını idarə edən ilk şəxslərdən biri olub.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, sınaq papaların yay iqamətgahı olan İtaliyanın Castel Gandolfon şəhərində baş tutub.

Pontifikə mavi çalara malik “Luce” modeli təqdim olunub. Şirkət rəhbərliyi, o cümlədən prezident Con Elkann avtomobilin xüsusiyyətləri barədə şəxsən məlumat verib.

Sükan arxasına keçən Papa “Bu, Ferrari-nin ilk dördqapılı avtomobilidir?” sualını verib. Qonaqlar isə cavabında bildiriblər ki, bu model brend tarixində ilk beşyerlik avtomobildir. Vatikan rəhbərinə hədiyyə olaraq isə avtomobilin özü deyil, yalnız sükanı təqdim edilib.

Ferrari-nin ilk elektromobilinin təqdimatı mayın 26-da baş tutub. Lakin bazarın reaksiyası birmənalı olmayıb. Şirkətin səhmləri 8 faizdən çox ucuzlaşıb və bu, təxminən 5 milyard avro dəyər itkisinə səbəb olub.

“Corriere della Sera”nın hesablamasına görə, bu məbləğ hər biri təxminən 550 min avro dəyərində olan 9 min yeni elektromobilin qiymətinə bərabərdir. Müqayisə üçün qeyd olunur ki, daxiliyanma mühərrikli ən bahalı Ferrari modelinin qiyməti 460 min avronu keçmir.

Bununla belə, şirkət elektromobili kütləvi satış məhsulu kimi deyil, daha çox prestij və status simvolu hesab etdiyini bildirib.

dünyadan xəbərlər Roma papası Ferrari

Mənbə: lent.az

Xəbər lenti