IMG-LOGO

Uqanda Ebola virusunun yayılma riskinə görə KDR ilə sərhədi bağlayıb

27 May 2026 21:17 2 baxış
IMG

Uqanda Ebola virusunun yayılma riskini azaltmaq məqsədilə Konqo Demokratik Respublikası (KDR) ilə sərhədi müvəqqəti bağlayıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat yayıb.

Qərarın dərhal qüvvəyə mindiyi vurğulanıb.

Epidemiyaya müdaxilə qrupları, humanitar əməliyyatlar, ərzaq və yük daşınması, həmçinin təhlükəsizlik xidməti əməkdaşları üçün sərhəd açıqdır.

Bildirilib ki, ölkəyə giriş-çıxış edən bütün şəxslər ciddi tibbi nəzarətdən keçəcək və ehtimal olunan yerləşmə ünvanını göstərən anketləri dolduracaqlar.

Bundan əlavə, KDR-dən Uqandaya qayıdan vətəndaşlar Səhiyyə Nazirliyinin və rayon epidemioloji nəzarət xidmətlərinin nəzarəti altında 21 günlük təcrid olunacaqlar.

Mənbə: report.az

Xəbər lenti