Gürcüstanın Baş nazirinin müavini və xarici işlər naziri Maka Boçorişvili ABŞ Dövlət Departamentinin nümayəndələri Çarlz Yoki və Piter Andreoli ilə görüşüb.
"Report"un yerli bürosu Gürcüstan Xarici İşlər Nazirliyinə istinadə xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər və əməkdaşlığın perspektivləri müzakirə olunub.
Danışıqlarda əsas diqqət "Orta Dəhliz" layihəsinə və Gürcüstanın regionda nəqliyyat və birləşdirici mərkəz kimi roluna yönəlib. Tərəflər bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Eyni zamanda ABŞ rəsmiləri Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi xüsusi qeyd ediblər.
Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində işi davam etdirmək niyyətlərini ifadə ediblər.
Mənbə: report.az