IMG-LOGO

BMT: Dünyada 2,2 milyard insanın təmiz içməli suya çıxışı yoxdur

27 May 2026 22:36 4 baxış
IMG

Dünyada təxminən 2,2 milyard insanın hələ də təmiz içməli suya çıxışı yoxdur.

"Report" xəbər verir ki, bunu BMT baş katibinin iqtisadi və sosial məsələlər üzrə baş katibinin müavini Li Jinhua bəyan edib.

Tacikistanın paytaxtı Düşənbədə "Dayanıqlı inkişaf üçün su, 2018–2028-ci illər" beynəlxalq konfransının yekunlarına həsr olunmuş mətbuat konfransında çıxış edən Jinhua təmiz su və sanitariyanın əldə edilməsində irəliləyişin planlaşdırılmış göstəricilərdən xeyli geridə qaldığını qeyd edib.

Onun sözlərinə görə, 3,5 milyard insanın təhlükəsiz sanitariyaya çıxışı yoxdur.

L.Jinhua vəziyyətin yaxşılaşdırılması üçün, xüsusilə inkişaf etməkdə olan ölkələrə maliyyələşdirmənin əhəmiyyətli dərəcədə artırılmasının tələb olunduğunu vurğulayıb.

O, təmiz suya və sanitariyaya çıxışın təmin edilməsi üçün illik vəsait kəsirinin 130 milyard dolları üstələdiyini də bildrib.

Mənbə: report.az

Xəbər lenti