IMG-LOGO

SEPAH: Son gündə Hörmüz boğazından 23 gəmi keçib

27 May 2026 22:30 4 baxış
IMG

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) son gün ərzində Hörmüz boğazından 23 gəminin keçidini təmin edib.

"Report" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.

"Son gün ərzində neft tankerləri, konteyner daşıyıcıları və digər ticarət gəmiləri daxil olmaqla, 23 gəmi icazə aldıqdan sonra SEPAH HDQ-nin koordinasiyası və təhlükəsizlik təminatı ilə Hörmüz boğazından keçib", - məlumatda bildirilib.

Qeyd olunub ki, Fars körfəzi region ölkələrinin müsəlmanlarına məxsus su məkanıdır və qeyri-sabitliyə səbəb ABŞ ordusunun hücumlarıdır: "Hörmüz boğazına nəzarət qətiyyətlə həyata keçirilir".

Qeyd edək ki, SEPAH mayın 26-da Hörmüz boğazından 25 gəminin keçdiyini açıqlayıb.

Mənbə: report.az

Xəbər lenti