IMG-LOGO

Rusiyanın Xersonda uşaq meydançasına zərbələri nəticəsində bir kişi həlak olub, üç nəfər yaralanıb

27 May 2026 22:20 5 baxış
IMG

Rusiya Ordusunun Ukraynanın Xerson vilayətinin Korabelnı rayonundakı uşaq meydançasına endirdiyi zərbə nəticəsində bir nəfər həlak olub, daha üç nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə məlumatı Xerson şəhər hərbi administrasiyasının rəisi Yaroslava Şanko açıqlayıb.

"Axşam saatlarında Rusiya qoşunları reaktiv yaylım atəş sistemi ilə Korabelnı rayonuna hücum edib. Ailələrin uşaqlarla birlikdə istirahət etdiyi uşaq meydançası zərbəyə məruz qalıb. İlkin məlumata görə, zərbə nəticəsində ailə başçısı həlak olub, onun 36 yaşlı həyat yoldaşı 6 və 3 yaşlı iki azyaşlı qızı ilə birlikdə xəstəxanaya yerləşdirilib", - o qeyd edib.

Mənbə: report.az

Xəbər lenti