IMG-LOGO

Göyçay sakinini ilan sancdı

27 May 2026 22:49 5 baxış
IMG
2 0

Göyçayda kişini ilan sancıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Şəkər kəndində qeydə alınıb.

Kənd sakinlərinin sözlərinə görə, mal otaran zaman 1972-ci il təvəllüdlü Eldar Ağasəf oğlu Əliyevi ilan sancıb.

Sakinlərin köməyi ilə o, xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.

E. Əliyevin hazırda müalicə aldığı bildirilir.

Göyçay ilan

Mənbə: lent.az

Xəbər lenti