Ermənistan Baş naziri Nikol Paşinyan respublika ərazisindən tranzit qaz kəmərinin çəkilməsi planlarını açıqlayıb.
"Report" xəbər verir ki, o bunu seçkiqabağı kampaniya çərçivəsində seçicilərlə görüşdə bəyan edib.
"Ölkəmizin ərazisindən qaz kəməri keçəcək, biz bu tranzitə görə qaz alacağıq", - Ermənistan Baş naziri bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistan artıq şərqdən qərbə dəmir yolu əlaqəsinə malikdir, həmçinin Axalkalaki - Qars dəmir yoluna çıxışı var.
O həmçinin qeyd edib ki, Azərbaycan ərazisindən keçən dəmir yolu açılıb və yaxın zamanda TRIPP layihəsi ("Tramp marşrutu") fəaliyyətə başlayacaq.
Mənbə: report.az