İsrail hərbçiləri həftənin əvvəlindən Livan ərazisində təxminən 550 hədəfi hücuma məruz qoyub.
"Report" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.
Bildirilib ki, çərşənbə günü "Hizbullah"ın silahlı qanadının Bekaa vadisində və ölkənin digər bölgələrindəki komandanlıq mərkəzlərinə, hərbi obyektlərinə, raket qurğularına zərbələr endirilib.
Həmçinin Livanın cənubundakı sahilyanı Tir şəhərində "Hizbullah"ın komandanlıq məntəqələrinə hücumlar davam edir. "Həftənin əvvəlindən İsrail Müdafiə Ordusu Livan ərazisindəki "Hizbullah" qruplaşmasının təxminən 550 obyektinə zərbələr endirib", - məlumatda vurğulanıb.
Mənbə: report.az