IMG-LOGO

Livanın Səhiyyə Nazirliyi: İsrailin hücumları nəticəsində gün ərzində 56 nəfər ölüb

28 May 2026 01:55 3 baxış
IMG

Martın 2-də hərbi eskalasiyanın başlamasından bəri İsrailin Livana hücumları nəticəsində 3 269 nəfər həlak olub, daha 9 840 nəfər yaralanıb.

"Report"un məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi "X" sosial şəbəkəsində bildirib.

"Son 24 saat ərzində İsrailin ölkənin cənub və şərq bölgələrinə hava hücumları nəticəsində azı 56 livanlı həlak olub, daha 103 nəfər yaralanıb və xəstəxanalara yerləşdirilib", - nazirlik bildirib.

Xilasetmə komandaları intensiv bombardmanlara məruz qalan cənubi Nəbatiyyə əyalətində və Bekaa vadisindəki kəndlərdə dağıntıları təmizləməyə davam edir. Qeyd edilir ki, günün sonuna qədər ölən və xəsarət alanların sayı arta bilər.

Mənbə: report.az

Xəbər lenti