Çinin texnologiya nəhəngi olan “Xiaomi” Avropada elektromobil fəaliyyətini gücləndirmək üçün Almaniyanın Münhen şəhərində yeni avtomobil tədqiqat və inkişaf (Ar-Ge) mərkəzi açıb.
Lent.az xəbər verir ki, şirkət burada əsasən elektrik avtomobillərinin mühərrik sistemləri, şassi tənzimləmələri və Avropa bazarının təhlükəsizlik standartları üzərində işləyəcək.
Münhenin seçilməsi isə bölgədəki güclü avtomobil mühəndisliyi bazası ilə əlaqələndirilir.
Məlumata görə, “Xiaomi” mərkəz üçün bir sıra keçmiş premium avtomobil mühəndislərini işə cəlb edib və Avropa bazarına çıxış planlarını sürətləndirir.
Şirkətin məqsədi öz elektromobillərini yaxın illərdə Çin xaricində, o cümlədən Avropada satışa çıxarmaqdır.
Xiaomi Avropa
Mənbə: lent.az