IMG-LOGO

“Starlink” müqavilə bağladı – Təyyarələrdə də internet olacaq

28 May 2026 04:38 3 baxış
IMG
3 0

“SpaceX”in peyk internet xidməti olan Starlink, ABŞ-ın ən böyük aviaşirkətlərindən biri olan “American Airlines” ilə yeni müqavilə imzalayıb.

Lent.az xəbər verir ki, razılaşmaya əsasən, şirkətin 500-dən çox təyyarəsinə yüksək sürətli peyk interneti quraşdırılacaq.

Sistem 2027-ci ildən mərhələli şəkildə istifadəyə veriləcək və əsasən daxili, həmçinin qısa beynəlxalq uçuşlarda tətbiq olunacaq.

Şirkət bildirir ki, Starlinkin aşağı orbit peykləri sayəsində sərnişinlər uçuş zamanı daha sürətli və stabil internetdən istifadə edə biləcəklər.

Bununla da “American Airlines”, artıq Starlink istifadə edən “United”, “Southwest” və “Alaska” kimi iri aviaşirkətlər sırasına qoşulur.

 

starlink hava yolu intrernet

Mənbə: lent.az

Xəbər lenti