IMG-LOGO

İsveç Ukraynaya "Gripen" qırıcı təyyarələri verməyi planlaşdırır

28 May 2026 06:41 3 baxış
IMG

İsveç Ukraynaya bir neçə ədəd "Jas 39 C/D Gripen" qırıcı təyyarəsi vermək niyyətindədir.

"Report"un məlumatına görə, bu barədə "Aftonbladet" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, eyni zamanda Kiyevə əlavə "Jas 39E" təyyarələrinin satışı ilə bağlı danışıqlara başlanıla bilər.

Ukraynanın qırıcı təyyarələrin pulunu Avropa İttifaqından kreditlə ödəyəcəyi bildirilir.

Mənbə: report.az

Xəbər lenti