IMG-LOGO

ABŞ Sakit okeanda narkotik ticarətçilərinin gəmisinə zərbə endirib

28 May 2026 06:12 3 baxış
IMG

ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı üçün istifadə edilməkdə şübhəli bilinən gəmiyə zərbə endirildiyini bildirib.

"Report"un məlumatına görə, komandanlıq bu barədə "X" sosial şəbəkəsində xəbər verib.

"Kəşfiyyat gəminin Sakit okeanın şərqində məlum narkotik qaçaqmalçılığı marşrutları boyunca hərəkət etdiyini və narkotik qaçaqmalçılığı üçün istifadə edildiyini təsdiqləyib", - məlumatda qeyd olunur.

ABŞ hərbçilərinin məlumatına görə, zərbə nəticəsində iki nəfər həlak olub. ABŞ hərbçiləri xəsarət almayıb.

Xatırladaq ki, Pentaqon rəhbəri Pit Heqset 2025-ci ilin noyabr ayında narkotik kartelləri ilə mübarizə aparmaq üçün "Cənubi nizə" əməliyyatının başlandığını elan edib.

Mənbə: report.az

Xəbər lenti