IMG-LOGO

Tramp Ermənistanda parlament seçkilərində Paşinyanı dəstəklədiyini bildirib

28 May 2026 09:45 3 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyanı ölkədə iyunun 7-də keçiriləcək parlament seçkilərində dəstəklədiyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə o "Truth Social"da yazıb.

"Mən Nikolun 7 iyun 2026-cı ildə yenidən seçilməsinin tərəfdarıyam", - ABŞ lideri vurğulayıb.

Tramp qeyd edib ki, daha əvvəl ABŞ dövlət katibi Marko Rubio "hər iki ölkə üçün vacib olan bir neçə sövdələşmə üzrə" irəliləyişin təmin edilməsi məqsədilə Ermənistana səfər edib.

Prezident əlavə edib ki, ABŞ və Ermənistan tezliklə Cənubi Qafqazı dəyişdirəcək və ABŞ enerji şirkətlərinin regionun resurslarına çıxışını təmin edəcək "Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsinə başlayacaq.

Mənbə: report.az

Xəbər lenti