IMG-LOGO

Şimali Kiprin XİN-i Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

28 May 2026 10:22 4 baxış
IMG

Şimali Kiprin Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

"Report" xəbər verir ki, XİN təbrik mesajını "X" sosial şəbəkəsindəki səhifəsində paylaşıb.

"Azərbaycanın Müstəqillik Günü münasibətilə səmimi təbriklərimizi çatdırır, qardaş və dost Azərbaycan xalqına firavanlıq və rifah arzulayırıq", - deyə paylaşımda qeyd edilib.

Mənbə: report.az

Xəbər lenti