IMG-LOGO

Aleksandr Stubb: Azərbaycanla qlobal təhlükəsizlikdə substansiv dialoqumuzu davam etdirməyə ümidvaram

28 May 2026 12:33 2 baxış
IMG

Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Azərbaycan Respublikasının Müstəqillik Gününün 108-ci ildönümü münasibətilə Sizə və xalqınıza Finlandiya xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Konstruktiv əməkdaşlığımızı, Avropa və qlobal təhlükəsizlik məsələləri ilə bağlı substansiv dialoqumuzu davam etdirməyə ümidvar olduğumu bildirirəm.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Mənbə: report.az

Xəbər lenti