Şuşa rayonunun Böyük Qaladərəsi kəndində birinci mərhələdə 17 ev bərpa olunub, növbəti mərhələdə isə 20 evin bərpası planlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə mayın 28-də kəndi ziyarət edib, sakinlərlə görüşən Prezident İlham Əliyevə məlumat verilib.
Qeyd edilib ki, kənddə ümumilikdə 50 fərdi ev var. Onlardan 13-ü yararsızdır, 37-si isə qismən yararlıdır.
Bildirilib ki, ilkin olaraq kəndə 64 nəfər (14 ailə) qayıdıb.
Mənbə: report.az