IMG-LOGO

Ukrayna və İsveç müdafiə sahəsində yeni sazişlər hazırlayır

28 May 2026 13:56 2 baxış
IMG

Ukrayna və İsveç böyük müdafiə yardımı paketi və "Gripen" qırıcıları barədə qərar hazırlayır.

"Report"un məlumatına görə, bu barədə İsveçə işgüzar səfərdə olan Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"Biz Ukrayna üçün böyük müdafiə yardımı paketi və döyüş aviasiyamızı mütləq daha effektiv edəcək Gripen qırıcıları ilə bağlı qətiyyətli addım hazırlayırıq", - o qeyd edib.

Bununla yanaşı Zelenski əlavə edib ki, bu gün İsveç baş naziri Ulf Kristersson, həmçinin nümayəndə heyəti formatında İsveç müdafiə sənayesinin nümayəndələri ilə görüşlər planlaşdırılıb.

Mənbə: report.az

Xəbər lenti