IMG-LOGO

Azərbaycanın voleybol millisi Belarusdakı təlim-məşq toplanışını başa vurub

28 May 2026 13:10 2 baxış
IMG

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Belarusda təşkil olunan təlim-məşq toplanışını başa vuraraq Vətənə qayıdıb.

Azərbaycan Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, Avropa Liqasına hazırlıqlarını davam etdirən yığma mayın 22-dən 27-dək Belarusda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində yerli "Minsk" klubu ilə iki yoxlama oyunu keçirib.

Milli hər iki qarşılaşmada məğlub olub (0:4, 1:3).

Qeyd edək ki, Azərbaycan millisi Avropa Liqasının ilk turunun oyunlarını 6-7 iyun tarixlərində İsveçdə keçirəcək.

Komandamızın rəqibləri ev sahibi İsveç və Yunanıstan yığmaları olacaq.

Mənbə: report.az

Xəbər lenti