IMG-LOGO

Kallas: Aİ Ukrayna üzrə Rusiya ilə mümkün danışıqlar üçün öz maraqlarını əvvəlcədən müəyyən etməlidir

28 May 2026 13:09 2 baxış
IMG

Avropa İttifaqı (Aİ) Rusiya ilə mümkün Ukrayna üzrə danışıqlar üçün artıq indidən öz mövqelərini formalaşdırmalıdır, baxmayaraq ki, Brüsselin danışıqlar prosesinə qatılması məsələsində aydınlıq yoxdur.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallas Kiprin Limasol şəhərində Aİ ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündən əvvəl bildirib.

Onun sözlərinə görə, Avropanı danışıqlarda kimin təmsil edəcəyi barədə müzakirə əsas mövzuya çevrilməməlidir:

"Bu, Rusiyanın bizi cəlb etmək istədiyi bir tələdir - kimin Moskva ilə danışacağını və kimin 'uyğun' danışıqçı olduğunu müzakirə etmək. Danışıqlar həmişə "komanda işidir" və burada konkret nümayəndənin şəxsiyyətindən daha çox məzmun və razılaşdırılmış strategiya önəmlidir".

Bununla yanaşı, Aİ diplomatiyasının rəhbəri bildirib ki, Aİ potensial nizamlamada istənilən halda mühüm rol oynayacaq, çünki bir çox məsələlər birbaşa Brüsselin qərarlarından asılıdır. Xüsusilə, ittifaq tərəfindən tətbiq edilən sanksiyalar məsələsi.

"Əgər Rusiya, məsələn, sanksiyaların aradan qaldırılmasında maraqlıdırsa, bu, Avropa qərarıdır", - Kallas qeyd edib.

Onun sözlərinə görə, hazırda sülh danışıqlarında "az şey baş verir", lakin döyüş meydanındakı vəziyyət Rusiyanın xeyrinə deyil. Məhz buna görə də, Kallasın fikrincə, Aİ öz "əsas maraqlarını" və Moskvaya tələblərini əvvəlcədən müəyyən etməlidir.

Mənbə: report.az

Xəbər lenti