ABŞ-da 2026 Dünya Çempionatının təşkilatçıları prokurorluğa çağırılıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, buna səbəb biletlərin həddindən artıq baha olması göstərilir.
Prokurorluğun hazırladığı müraciətdə qeyd olunur ki, təşkilatçılar tərəfindən müəyyən edilən qiymətlər əvvəlki dünya çempionatlarındakı bilet qiymətlərini əhəmiyyətli dərəcədə üstələyib.
2026 Dünya Çempionatı biletlər üçün dinamik qiymət siyasətinin tətbiq olunduğu ilk böyük futbol turniri olub. Qiymətlərin 100 dollardan 6370 dollara qədər dəyişəcəyi bildirilir.
İdman xəbərləri futbol 2026 Dünya ÇempionatıMənbə: lent.az