IMG-LOGO

Neymar Braziliya millisinin məşqini buraxıb

28 May 2026 14:55 2 baxış
IMG

Neymar 2026-cı il dünya çempionatına hazırlıq çərçivəsində Braziliya millisinin ilk məşqini buraxıb.

"Report" "Reuters" nəşrinə istinadən xəbər verir ki, ulduz futbolçu hazırda baldırındakı əzələsinə görə müalicə almaqdadır.

Hücumçunun mundialda oynayıb-oynamayacağı həkimlərin yekun rəyindən asılı olacaq.

Xatırladaq ki, DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Braziliya yığması C qrupunda Mərakeş, Haiti və Şotlandiya ilə mübarizə aparacaq.

Mənbə: report.az

Xəbər lenti