IMG-LOGO

Bakı WUF13-lə birlikdə qlobal çağırışları səsləndirmək üçün önəmli tribuna rolunu oynadı - RƏY

28 May 2026 15:31 3 baxış
IMG

Bakı WUF13-lə birlikdə qlobal çağırışları səsləndirmək üçün önəmli tribuna rolunu oynadı.

Bunu "Report"a açıqlamasında Prezident yanında İdarəçilik Akademiyasının müşaviri, dosenti, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın təşəbbüsü ilə Bakı Şəhər Mükafatının təsis olunması ölkəmizin dünyadakı imici üçün əhəmiyyətlidir.

"Mükafat Azərbaycan Hökuməti və UN-Habitat tərəfindən 2026-cı ildə Bakıda keçirilən WUF13 çərçivəsində ilk dəfə təsis edilib və böyük statusa malikdir".

Politoloq deyib ki, Bakı belə bir təşkilatçılıqla qlobal dünyada ən vacib mövzulardan olan şəhərsalmada mühüm iz qoyub.

"Bu, həm də Azərbaycana bölgədəki tarixi həqiqətlərin təbliğatı üçün vacib idi. Üstəlik, Bakıdakı təşkilatçılıq BMT tərəfindən yüksək qiymətləndirildi".

Zaur Məmmədov Bakı modelinin bu kimi gələcək tədbirlər üçün BMT səviyyəsində nümunə rolunu oynayacağını da qeyd edib.

"Bu nümunə təşkilatçılıqdan tutmuş yanaşmaya qədər hər bir müstəvidə özünü göstərdi. Bu gün qlobal dünya çağdaş çağırışlarla üz-üzədir, bu mənada, yerləşmələrindən asılı olmayaraq cəmiyyətlər və dövlətlər birləşməli, yaşıl dünya istiqamətində addımlar atmalıdır. Bakı WUF13-lə birlikdə məhz bu çağırışları bir daha etmək üçün önəımli tribuna rolunu oynadı".

Mənbə: report.az

Xəbər lenti