Cəbrayıl və Füzuli rayonlarında təşkil olunan heyvan kəsimi çadırlarında AQTİ-nin səyyar laboratoriyaları operativ xidmət göstərib.
Bu barədə "Reporta"a Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ)-dan məlumat verilib.
Bildirilib ki, qurbanlıq heyvanlarda hər hansı xəstəlik şübhəsi yarandığı hallarda nümunələr götürülərək laborator müayinələrin operativ şəkildə aparılması üçün bütün zəruri şərait təmin olunub.
Mənbə: report.az